Məlahət İbrahimqızının oğlu da orduya yazıldı

  • By admin
  • 19 İyul 2020 23:01

 

Prezident İlham Əliyevin Nazirlər Kabinetinin sonuncu toplantısında orduya dəstək göstərən insanların rəsmi müraciətlə bağlı çağrışlarına on minlərlə vətəndaş müsbət reaksiya verib.

Sadə vətəndaşlar arasında ölkənin bir sıra tanınmış şəxslərinin, eləcə də onların övladlarının olması da diqqətdən yayınmayıb.

Gununsesi.org-un xəbərinə görə, könüllü olaraq orduya yazılanlardan biri də Milli Məclisin tanınmş deputatı Məlahət İbrahimqızının oğludur.

Xəbərə görə, deputatın oğlu Şahin İmanzadə könüllü hərbi xidmət üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin rəsmi saytında yaradılan bölümdə qeydiyyatdan keçib.

Qeyd edək ki, Şahin İmanzadə uzun illər milli orduda xidmət keçib və hazırda  ehtiyyatda olan zabitdir.

 

Gununsesi.org