Məleykə Əsədova “İlin aktrisası” mükafatı verildi

  • By admin
  • 19 Oktyabr 2016 12:25

meleyke

Xalq artisti Məleykə Əsədova “VII The First” mükafatlandırma mərasimində qiymətləndirilənlər sırasında olub.

Gununsesi.info xəbər verir ki, aktrisa “İlin aktrisası” mükafatının sahibi olub. Bu barədə Məleykə Əsədova özü məlumat verərək sosial şəbəkədə izləyicilərinə təşəkkürünü bildirib.

“Bu gün mən “İlin aktrisası” mükafatına layiq görüldüm.Məni bu mükafata layiq görənlərə öz təşəkkürümü bildirirəm. Ən əsas da mənim sevimli tamaşaçılarım sizlərə alqışlarınıza və sevginizə görə milyon dəfə təşəkkürlər”.

Gununsesi.info