Məmmədyarov ABŞ təmsilçisinə qarşı

  • By admin
  • 30 Yanvar 2022 10:04

Yanvarın 30-da Niderlandın Veyk-an-Zee şəhərində “Tata Steel Masters” şahmat turnirinin sonuncu turunun oyunları keçiriləcək.

Gununsesi.info xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov 13-cü turda ABŞ təmsilçisi Fabiano Karuana ilə qarşılaşacaq.

Qeyd edək ki, 12 turdan sonra Ş.Məmmədyarov 7,5 xalla macarıstanlı Riçard Rapport ilə 2-3-cü pillələri bölüşür. Turnir cədvəlinə 8,5 xalla hazırkı dünya çempionu norveçli Maqnus Karlsen başçılıq edir.

Dairəvi sistem üzrə keçirilən yarışda 14 şahmatçı iştirak edir.

Gununsesi.info