Məmmədyarov Predke ilə qarşılaşacaq

  • By admin
  • 06 Mart 2022 12:58

Belqradda Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun iştirak etdiyi FIDE Qran-Pri seriyasının ikinci mərhələsinin beşinci turunun oyunları keçiriləcək.

Gununsesi.info xəbər verir ki, təmsilçimiz beşinci görüşündə rusiyalı Aleksandr Predke ilə qarşılaşacaq.

Qeyd edək ki, Ş.Məmmədyarovun bundan əvvəlki 4 turda görüşlərində də heç-heçə qeydə alınıb. Hazırda şahmatçımızın aktivində 2 xal var.

Xatırladaq ki, seriyada ümumilikdə 24 şahmatçı iştirak edir. Hər turnirdə isə 16 oyunçu mübarizə aparır. Şahmatçıların hər biri seriyanın maksimum 2 turnirində oynaya bilər. Şəhriyar Məmmədyarov, həmçinin seriyanın üçüncü mərhələsində də iştirak edəcək. Oyunçular hər turnirin nəticəsinə görə Qran-Pri xalları qazanacaqlar. Ümumi hesabda ən çox xal toplayacaq iki şahmatçı 2022-ci il namizədlər turnirinə vəsiqə qazanacaq.

Gununsesi.info