Məmmədyarov ümidlənib

  • By admin
  • 12 İyul 2016 11:11

mamed

 

Gedən danışıqlar prosesi bizi ümidləndirir.

Gununsesi.info xəbər veri ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmdəyarov Bakıda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrovla birgə mətbuat konfransında deyib. “Sergey Lavrovun bizimlə bölüşdüyü informasiya bizi ümidləndirir. İndi biz Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə intensiv dialoq aparırıq”-deyə, E. Məmmədyarov vurğulayıb. Onun sözlərinə görə, əvvəlki görüşlərin hamısı bu dondurulmuş münaqişənin həllində irəliləyişə nail olmaq üçün idi. “Həll məsələsində maneələri mərhələlərlə aradan qaldırmalıyıq” – deyə, Azərbaycan xarici işlər naziri bildirib. O, Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalının davam etməsi faktının bütün region üçün böyük təhlükə yaratdığını vurğulayıb. Nazir deyib ki, müzakirələrin məqsədi Dağlıq Qarabağ münaqişəsi tərəflərinin mövqelərinin yaxınlaşması istiqamətində irəliləyişlərə nail olmaqdır: “Hazırda intensiv dialoq, hətta trialoq formatındayıq. Minsk qrupu həmsədrləri fəal şəkildə müzakirələrdə iştirak edirlər. Müzakirələrin məqsədi hələ də razılaşdırılmamış məsələlər ətrafında irəliləyişə nail olmaqdır. Bu məsələləri addım-addım həll etməliyik ki, qlobal təhlükəsizliyə təhdid təşkil edən münaqişəni həll edək. Görüşdə ikitərəfli münasibətləri də müzakirə etmişik. Bu, strateji əhəmiyyət kəsb edən münasibətlərdir. Hökumətlərarası komissiyanın iclası keçiriləcək. Bununla yanaşı, bir müddət əvvəl İran, Azərbaycan və Rusiya XİN başçıları toplaşaraq üç ölkə prezidentinin görüşü barədə müzakirə aparıblar. Hər üç ölkə “Cənub-Şimal” dəhlizinin inkişafı ilə bağlı müştərək fikrə malikdirlər. Bu, geniş potensiala malik dəhlizdir”.

 

Gununsesi.info