Mənə qarşı böhtan yayanlar məqsədinə çatmayacaq - Sabiq icra başçısı

  • By admin
  • 18 İyun 2018 19:05

Картинки по запросу Raqub Məmmədov

 

Bəzi internet resurslarında Ağdam rayon icra hakimiyyətinin sabiq başçısı Raqub Məmmədovun istintaqa cəlb olunması barədə xəbərlər yayılıb. Bununla belə bəzi məlumatlarda hətta sabiq başçının Dövlət Sosial Müdafiə Fondunda çalışan oğlu Sənan Məmmədovun da tutulduğu iddia edilir. Gününsesi.info bu iddialara aydınlıq gətirmək üçün Raqub Məmmədovun özü ilə əlaqə saxlayıb. Əməkdaşımızla söhbətində R.Məmmədov özü və oğlu barəsində deyilənləri təkzib edib. “Məni niyə istintaqa cəlb etməlidirlər? Mən neyləmişəm? Allah cənab prezidentin canını saxlasın. Etimad göstərib vəzifəyə qoydu. Özü də azad etdi. Sabah hansı işi tapşıracaqsa mən icra edəcəm. Mən əsgərəm. Əlimə silah verib, müharibəyə də göndərə bilər. Bu gün mənə, oğluma qarşı böhtan atanlar məqsədinə çatmayacaq. Oğlum öz işindədir”.

 

Elmar