“Mənə “Range Rover”, “X5”lər, “Q7”, “Mercedes”, “Passat” veriblər” - MƏTANƏT ƏSƏDOVA

  • By admin
  • 18 Oktyabr 2017 13:06

metanet esedova

Müğənni Mətanət Əsədova “5/5” verilişində ona hədiyyə edilən avtomobillərdən danışıb.

Gununsesi.info xəbər verir ki, müğənni aparıcı Zaur Kamalın “Deyirsən mənə maşınlar hədiyyə ediblər. Markaları nə olub” sualına belə cavab verib:

“Mənə “Range Rover”, “X5”lər, “Q7”, “Mercedes”, “Passat” veriblər. Maşın hədiyyələrini pis yerə yozmayın. Onlar arasında xanımların da bağışladığı hədiyyələr olub”.

M.Əsədova geyimlərinə xərclədiyi puldan danışıb: “Bu günə kimi ən bahalı paltara 12 min vermişəm. Əynimdəki bu paltarı isə dostum hədiyyə edib, 3 min dollardır (təxminən 5100 manat)”.

Müğənni bildirib ki, səsi batsa, yemək bişirərək pul qazanacaq: “Çörək almağa, bazarlığa özüm gedirəm. İnsan ev də təmizləyər, yer də silər. Sabah səsim batsa, dizaynla və yemək bişirməklə məşğul olaram. Hətta bir dəfə gecə çörək almağa getdim. Saat 4-də xanımlar işləyirdi. Biri yuxulu idi, başladım onlara kömək etməyə. Çörəkləri təndirə yapdım. Mən bir həyatam. Həyat mənimlə başlayır”.

Gununsesi.info