Mənəviyyata aparan "Başqa həyat"...

  • By admin
  • 18 Sentyabr 2021 21:08

Sentyabrın 18-də “Park İnn Hotel”də “Başqa həyat” adlı sənədli filmin təqdimat mərasimi keçirilib.Tədbirdə bir sıra tanınmış şəxslər iştirak edərək, film haqqında öz dəyərli fikirlərini bildiriblər. Filmin premyerasında Milli Məclis sədrinin müavini Adil Əliyev, Milli Məclisin deputatı Arzu Nağıyev, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli, bəzi ziyalılar, media nümayəndələri və digərləri iştirak ediblər.

“Maddiyatın hökm sürdüyü dünyada BAŞQA HƏYAT. İnsanların qarşılıq güdmədən bir biri ilə paylaşması.
Sadəcə sevərək yaşamaq. Bütün bunlar mümkündür” deyən rejissor, sənədləşdirdiyi film ilə çoxlarını ekrana kilidləyərək sehirli, möcüzəli, başqa bir dünyaya apardı. Sizdə izləməyi unutmayın!

Qeyd edək ki, rejissoru Elçin Ağazadə olan filmin prodüseri Orxan Məmmədzadə, operatoru Soltan Abdullayev, montajçısı Elmar Tariyeloğlu, səs rejissoru İsmayıl Mirzə Qaçar, filmi səsləndirənlər Samirə Həsən, Kamal Yaşar, Kazım Abdullayev, Xəzər Süleymanlı, Elvin Abdullah, Namiq Carçıyev və Ceyhun Səfəridi.

Gununsesi. info

Məmmədova İlhamə