“Mən Milli Məclisin binasına gəlməkdən qorxmuram” - SAMİR ŞƏRİFOV

  • By admin
  • 07 Noyabr 2017 13:38

“Mən bu binaya gələndə qorxmuram. Çünki təmsil olunduğum YAP bu binada hakim mövqedədir və onların sayı çoxluq təşkil edir”.

Gununsesi.info xəbər verir ki, bu fikri maliyyə naziri Samir Şərifov parlamentin komitələrində 2018-ci ilin büdcə layihəsinin müzakirəsi zamanı deputatların səsləndirdiyi fikirlərə mövqeyini açıqlayarkən deyib.

Onun sözlərinə görə, YAP parlamentdə çoxluq təşkil etdiyindən ölkə başçısının rəhbərliyi altında hazırlanan 2018-ci ilin büdcəsi dəstəklənəcək: “O ki, qaldı Milli Məclisin büdcəsinə, Milli Məclis büdcəni özü müəyyənləşdirir. Əgər Milli Məclis büdcəsinin artırılmasını məqsəduyğun hesab edərsə, biz məsələyə baxıb, büdcəni artıra bilərik”.

Nazir onu da əlavə edib ki, burada Azərbaycana qarşı qara piarlarda parlamentdən başqa heç kimin sinəsini qabağa verməməsi ilə bağlı fikirlər səsləndi: “Onu deyə bilərəm ki, son dövlərdə Azərbayacana qarşı aparılan qarayaxma kampaniyasında təkcə Milli Məclis deyil, eyni zamanda hökumət üzvləri də sinəsini qabağa verərək, öz töhfəsini verib”.

Mürtəza

Gununsesi.info