“Məndən əvvəl bütün torpaqlar verilmişdi” RÜŞVƏTDƏ İTTİHAM OLUNAN SƏDR

  • By admin
  • 14 Mart 2018 11:30

Azərbaycan-Əfqanıstan Veteranlar Birliyinin sədri Məhəmməd Vəliyev və onun müavini Cavan Əhmədov dələduzluq, rüşvət alma, sənədləri saxtalaşdırma kimi əməllərdə təqsirləndirilsələr də, özlərini qətiyyən günahkar saymırlar. Deyirlər ki, onların ünvanına deyilənlər də, ittiham aktında yazılanlar da şər-böhtandır.

Bu cinayət işində zərərçəkənlər təşkilatın üzvü olan veteranlardır. Təşkilatın sədri və müavini də onların şikayəti əsasında cinayət məsuliyyətinə cəlb olunub.

Gununsesi.info xəbər verir ki, martın 14-də Bakı Ağır Cinayətlər MəhkəməsindəMəhəmməd Vəliyev ifadə verib. Bildirib ki, veteranlara dövlət tərəfindən verilən torpaqların onlara pulla satılması haqda ittihamlar yalandır: “2008-ci ildə Nazirlər Kabnetinin qərarı ilə Hövsan bələdiyyəsinə 10 hektar torpaq ayrılıb. Həmin torpaq Əfqanıstan veteranları üçün ayrılmayıb. Biz onlara torpaq sahəsi vermirik, sənədləri baxılması üçün bələdiyyəyə göndəririk. Mən sədrliyə başlayanda artıq məndən əvvəlki sədr bütün torpaqları vermişdi. Məhkəmədə ifadə verən şahidlərin heç biri cəmiyyətin üzvü deyil. Onlar 1990-cı illərdə bir vəsiqə alıblar, indi dəgəlib deyirlər ki, “biz veteranıq”. Vəsiqələrinə baxın, görəcəksiz ki, müddəti keçib”.

Kimsədən pul almadığını deyən təşkilat rəhbərinin sözlərinə görə, onu ittiham edən şəxslərin çoxunu tanımır: “İnanmıram ki, Cavan Əhmədov da onlardan pul alsın…”

Azərbaycan-Əfqanıstan Veteranlar Birliyi 8 mindən çox üzvü olan ictimai birlikdir. Veteranlar Prezident Administrasiyasına şikayət məktubu göndərərək, təşkilat daxilində korrupsiya hallarına yol verildiyini, onların haqlarının mənimsənildiyini yazıblar. Həmin məktub araşdırılması üçün Baş Prokurorluğa göndərilib vəKorrupsiyaya Qarşı Mübarizə İdarəsində cinayət işi başlanıb.

Veteranlar iddia edir ki, 2005-ci ilin martında prezidentin göstərişi əsasında fərdi ev tikintisi üçün ayrılmış 10.35 hektar torpaq sahəsinin onların istifadəsinəverilməsinə əngəllər yaradılıb. Onlar buna görə M.Vəliyevi günahlandırırlar: «Birliyin sədri Məhəmməd Vəliyev bizim bu imtiyazlardan istifadə etməyimizəmane olur. Maşın verilməsi nəzərdə tutulan 42 veteranın hər birindən 1000 manat pul tələb olunurdu. Biz başa düşə bilmirik, heç Əfqanıstan müharibəsinin veteranı olmayan bir insan necə birliyin sədri ola bilər? Özlərinə yaxşı biznes qurublar. Birlik üçün nəzərdə tutulmuş torpaq sahəsini tək veteranlara yox, digər şəxslərə də3 min 500-8 min manata satır. Əgər araşdırılsa, torpaq sahiblərinin heç müharibəveteranı olmadığı aydın görünər…”

Gülər 

Gununsesi.info