“Məni də xarici agent elan edin” -Alla Puqaçovadan Putinə sərt etiraz

  • By admin
  • 18 Sentyabr 2022 18:58

Məşhur Rusiya estrada muğənnisi, SSRİ xalq artisti Alla Puqaçova həyat yoladşı, tanınmış yumorist Maksim Qalkinin rəsmi səviyyədə “xarici agent” elan olunmasına kəskin etiraz edib. 

Gununsesi.info bildirir ki, A.Puqaçova bu barədə İnstagram-da paylaşım edib və ilk dəfə olaraq Ukraynada müharibənin əleyihnə çıxış edib.

“Rusiyanın Ədliyyə Nazirliyinə müraciət. Xahiş edirəm məni sevimli ölkəmin xarici agentlər cərgəsində daxil edəsiniz. Mən ləyaqətli, vicdanlı, dürüst və səmimi, öz ölkəsinin əsl vətənpərvəri olan həyat yoldaşımla həmrəyəm. Mən onun Vətənə firavanlıq, dinc həyat, söz azadlığı arzuları ilə həmrəyəm. Həyat yoldaşımın ölkəmizi dünyada “yad” ölkəyə çevirən, illyüziyalı məqsədləri naminə övladlarımızın həlak olmasının dayandırılması ilə ilə bağlı mövqeyini bölüşürəm”-deyə xalq artisti bildirib.

Gununsesi.info