Mənzilindən milyonlar çıxan icra başçılarına 6-7 il, bələdiyyə sədrinə 11 il? - BƏHRUZ BAYRAMOVDAN HAQLI SUAL

  • By admin
  • 22 Oktyabr 2021 22:47

Gəncə Ağır Cinayətlər Məhkəməsində Daşkəsən rayonu Xoşbulaq kənd bələdiyyəsinin keçmiş sədri Rasim Allahverdiyev və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsinin sabiq müdiri Şahbaz Mehdiyevin cinayət işi üzrə məhkəmə prossesi keçirilib.

Vəkil Bəhruz Bayramovun Gununsesi.info-ya verdiyi açıqlamasına görə,  dövlət ittihamçısı təqsirləndirən şəxslərə cəza istəyib:

“Eyni zamanda ittihamçı cinayət işi üzrə  AR-nın CM-nin 308,313 cü maddələrindən imtina etdi.

İşin mahiyyəti ondan ibarətdir ki, guya, müdafiə etdiyim şəxs 2013-cü ildə kimdənsə 7300  dollar rüşvət alıb. İttihamın irəli sürdüyü bütün subutları məhkəmə istintaqı zamanı darmadağın etdik. Şahid ifadələri, yazılı subutlarla bunu təsdiq etdik, amma nə fayda. Dovlət ittihamcısı 11 il cəza istəyir. Onda haqlı sual cıxır. Əgər bu ölkənin Konstitusiyasına görə hamı qanun qarşısında bərabərdirsə, o zaman nədən, rəsmi video cəkilişlərlə mənzillərindən milyonlara pul cıxan, əlavə ağır maddələrlə ittiham olunan kecmiş icra başcıları 6-7 il  azadlıqdan məhrum edilir və ittiham tərəfi protest vermir? Amma bələdiyyə sədrinə 11 il istənilir, niyə?”.

 

Gununsesi.info