“Məqsəd “FETÖ”-nü sevindirməkdirmi?” - İLKƏR BAŞBUĞ "ÜSYAN" ETDİ

  • By admin
  • 22 İyun 2017 20:35

ilker-1

“Mən nəyin sanığıyam-müttəhimiyəm? Məni, eləcə də digər insanları hələ də “sanık” adlandırırlar. Məni sanık-müttəhim elan edən “FETÖ”-cü müstəntiqlər, “FETÖ”-çü hakimlər idi. İndi buna üsyan etməyimmi?!”

Gununsesi.info-nun FOX-a istinadən xəbərinə görə, bunu Türkiyə Sülahlı Qüvvələrinin (TSQ) sabiq genəlkurmay başqanı İlkər Başbuğ  yenidən başlanılan”Ergenokon davası”nda  o da daxil olmaqla, 19 şəxslə bağlı fərqli məhkəmə qərarın çıxarılmasına münasibətini bildirərkən deyib.

“Belə bir qərar ancaq “FETÖ”-nün başında dayanan zatı-Fətullah Güləni sevindirər.  İndi “FETÖ”-nümü sevindirməliyik, məqsəd “FETÖ”-nü sevindirməkdirmi?”-deyə, Başbuğ sözlərinə əlavə edib.

O, həmçinin deyib ki, məhkəmənin bu qərarı onu göstərir ki,  bu ölkədə sanki  15 iyul “darbesi” yaşanmayıbmış.

Kamil HƏMZƏOĞLU

Gununsesi.info