Məqsəd ukraynalıların mövqelərini gücləndirməkdir - Borel

  • By admin
  • 05 Mart 2022 11:37

“Avropa İttifaqının sanksiyaları Rusiyada Vladimir Putinin rejimini dəyişdirmək məqsədi daşımır”. 

Gununsesi.info xarici KİV-ə istinadla xəbər verir ki, bunu Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik üzrə ali nümayəndəsi Cozef Borel deyib.

Borel bildirib ki, sanksiyalar müharibə nəticəsində yaranıb: “Məqsəd isə Rusiya iqtisadiyyatını zəiflətmək, nəticələrin ağırlığını Rusiya iqtisadiyyatına hiss etdirmək və qarşıdakı danışıqlarda ukraynalıların mövqelərini gücləndirməkdir”.

Gununsesi.info