Mərakeş kralı Azərbaycan prezidentini təbrik edib

  • By admin
  • 19 Aprel 2018 21:05


Mərakeşin kralı VI Məhəmməd İlham Əliyevi Azərbaycan prezidenti seçilməsi münasibəti ilə təbrik edib.

Gununsesi.info-nun məlumatına görə, təbrikdə deyilir:

“Hörmətli Prezident, Əziz Qardaşım. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq hissi duyuram. Ali dövləti vəzifənizdə uğurlarınızın davamlı olmasını, qardaş Azərbaycan xalqının maraqları naminə və ölkənizi bundan sonra da tərəqqiyə doğru aparmaq fəaliyyətinizdə Sizə yeni-yeni nailiyyətlər arzulayıram. Azərbaycan xalqı Sizə yenidən etimad göstərərək Zati-alinizin müdrik dövlət xadimi kimi keyfiyyətlərini, eləcə də Azərbaycanın hərtərəfli və davamlı inkişafı istiqamətində apardığınız əzmkar və yorulmaz fəaliyyətinizi çox yüksək qiymətləndirdiyini nümayiş etdirdi. Ölkələrimiz arasında səmərəli və dinamik inkişaf edən əməkdaşlıq münasibətlərinin indiki səviyyəsindən məmnunluq duyuram. Zati-aliləri, ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığı möhkəmləndirmək istiqamətində Sizinlə işləməyə davam etmək istərdim. Bu isə xalqlarımızın maraqlarına xidmət etməyin və onların arasındakı qardaşlıq əlaqələrinin təcəssümüdür”.

Gununsesi.info