Mərkəzi Afrikada rusiyalılar QƏTLƏ YETİRİLDİ

  • By admin
  • 31 May 2021 09:19

Mərkəzi Afrika Respublikasında partlayış törədilib.

Gununsesi.info “Sputnik”ə istinadla xəbər verir ki, bu barədə Frans-Press Agentliyinə hökumət nümayəndəsi Anj Maksim Kazaqi bildirib.

O, qeyd edib ki, əldəqayırma partlayıcı qurğunun işə düşməsi nəticəsində üç rusiyalı və iki yerli polis əməkdaşı həlak olub.

“Üç Rusiyalı və iki polis əməkdaşı Mərkəzi Afrika Respublikasında öldürülüb, həmçinin yaralılar var”, – Kazaqi deyib.

Onun sözlərinə görə, ölənlərdən əlavə 4 nəfər də yaralanıb.

Hadisə ölkənin paytaxtı Banqui şəhərindən 400 km şimal-qərbdə, Berberati və Bouar şəhərləri arasındakı yolda maşın karvanı hərəkətdə olarkən baş verib.

Gununsesi.info