Mərkəzi Bank “Naxçıvanbank”ın özbaşınalığına niyə reaksiya vermir?

  • By admin
  • 12 Dekabr 2022 00:57

Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən “Naxçıvanbank” illik maliyyə hesabatında səhmdarları haqqında maəlumatı gizli saxlayıb.

Halbuki, Mərkəzi Bankın tələblərinə görə, Banklar hər il maliyyə hesabatı təqdim edərkən,  səhmdarları haqqında məlumat da olmalıdır.

Bütün banklar hesabatda səhmdarlar haqqında məlumatı açıqlayırlar. Yeganə istisna isə  “Naxçıvanbank” olub.

Bu barədə Gununsesi.info-da dərc edilən xəbərlə bağlı Mərkəzi Bankın mətbuat katibi Namiq Əliyevə sorğu versək də amma buna cavab ala bilmədik.

Baxmayaraq, Mərkəzi Bank sözçüsü ona zəng edən əməkdaşımıza sorğunu yazılı təqdim etməsimizi tövsiyyə etmişdi. Amma 3 gün keçməsinə baxmayaraq, nə Mərkəzi Bankdan, nə də onun mətbuat katibinindən səs-soraq çıxmadı.

Görünür, Namiq Əliyevin bu qurumda təmsilçiliyi sadəcə aylıq aldığı məvacib üçündür. Yoxsa, jurnalist sorğusunu niyə cavabsız qoysun ki…

 

Afət Abbasova

Gununsesi.info