Mərkəzi Bank vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçirəcək

  • By admin
  • 27 Oktyabr 2016 16:22

merkezi bank

Oktyabrın 31-də Azərbaycan Respublikasının Mərkəzi Bankı vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçirəcək.

Gununsesi.info Mərkəzi Banka istinadla xəbər verir ki, dolayı hərracda 50 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 28 gündür. “Bloomberg” ticarət sistemində keçiriləcək hərrac üzrə faiz dərəcələri 12,01-14,99 faiz təşkil edir.

Gununsesi.info