Mərkəzi Bank15 milyon manat cəlb edib

  • By admin
  • 06 Sentyabr 2016 11:45

merkezi bank

 

Mərkəzi Bank (AMB) vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələrini açıqlayıb.

Mərkəzi Bankdan Gununsesi.info-ya verilən xəbərə görə, sentyabrın 5-də vəsaitlərin cəlb edilməsi üzrə keçirilən növbəti depozit hərracında tələb 15 mln. manat olub.

Hərrac nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 9,49% təşkil edib.

Anar

Gununsesi.info