Mərkəzi Bankda izahlı hesabatlılıq sistemi yaradılmalıdır -EKSPERT

  • By admin
  • 05 İyun 2023 13:00

Mərkəzi Bankın müstəqilliyinin və maliyyə bazarları üzərində nəzarət imkanlarının artırılması ilə bağlı qanunvericiliyə dəyişikliklər barədə məlumatlar yayıb.

Gununsesi.info-nun xəbərinə görə, məlumatds “Mərkəzi Bank haqqında” qanuna xeyli dəyişikliklərdən bəhs olunur.

Tanınmış hüquqşünas Əkrəm Həsənov Gununsesi.info-ya açıqlamasında deyib ki,
Azərbaycanın indiki reallığında Mərkəzi Bank müstəqil ola bilməz:
“Ən ideal qanun və mexanizmlər yazılsa belə. Çünki real hakmiyyət bölgüsünün, siyasi iştirakçılığın, müstıqil media və vətəndaş cəmiyyətinin yoxluğu şəraitində bu olmaz.
Amma təklif olunan dəyişikliklə içərisində ən vacib olan məsələni görmədim – Mərkəzi Bankın fəaliyyətində şəffaflıq barədə heç nə yoxdur.

Bu gün investor cəmiyyəti, bütünlüklə toplum üçün lazım olan 1 nömrəli məsələ Mərkəzi Bankın şəffaflığıdır.

Bu qurum maliyyə instituları ilə qarşlıqlı faəliyyətinə (xüsusən kreditləşmə, qiymətli kağızlarla əməliyyatlar), valyuta bazarına müdaxilə, özünün valyuta ehtiyatlarının idarə edilməsi, ölkənin beynəlxalq investisiya mövqeyi və s. barədə çox operativ (lazım gəlsə gündəlik və həftəlik), təfsilatlı və hər kəs üçün sual doğurmayacq qədər izahlı hesabatlılıq sistemi yaratmalıdır”.

Afət Abbasova
Gununsesi.info