Mərkəzi Bankın valyuta ehtiyatları 11 milyardı ötüb

  • Müəllif: Firuzə
  • 01 Oktyabr 2025 15:57

Bu günə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 11 milyard 310,5 milyon ABŞ dolları təşkil edib.

Gununsesi.info quruma istinadən xəbər verir ki, bu, sentyabrın 1-i ilə müqayisədə 0,5 % çoxdur.

AMB-nin valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 3,2 % artıb, son 1 ildə isə 4,1 % azalıb.

 

Gununsesi.info