“Məsələnin həlli üçün regional və ya qlobal miqyasda ancaq NATO qalıb” - ƏRDOĞAN

  • By admin
  • 23 Fevral 2022 15:11

“Hər kəs ancaq danışır, iş görən yoxdur”.

Gununsesi.info “Sabah”a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna-Rusiya böhranını şərh edərkən söyləyib.

“İndiyədək Ukraynaya ciddi hərbi kontingent göndərməyimizə ehtiyac olmayıb. Rusiya isə sərhədə xeyli sayda əsgər yığıb. Belə bir vəziyyətdə nəticənin nə olacağını bilmək üçün kahin olmağa ehtiyac yoxdur”, – o bildirib.

Ərdoğan mövqelərini NATO ölkələrinin mövqelərinə uyğun müəyyənləşdirəcəklərini deyib: “Bu səbəbdən NATO ölkələri liderlərinin nə deyəcəklərini gözləyəcəyik. Biz də mövqeyimizi onların mövqeyinə uyğun müəyyənləşdirəcəyik. İndiyədək Rusiya ilə dünya liderləri arasında ciddi nəticə ilə başa çatan görüş olmayıb. Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Olaf Şolts Moskvaya getdilər, nəticəsi ortadadır. ABŞ Prezidenti Cozef Baydenlə görüşəcəklərini deyirlər, amma hələ nəticə yoxdur. Deməli, məsələnin həlli üçün regional və ya qlobal miqyasda ancaq NATO qalıb”.

 

 

Gununsesi.info