Məşhur aktrisa 3 ildən sonra ilk dəfə seriala çəkiləcək

  • By admin
  • 08 Dekabr 2017 23:08

3 ildir nə film, nə də serial təklifi qəbul etməyən aktrisa Nebahat Çehre ekranlara geri dönür.

Gununsesi.info xəbər verir ki, 73 yaşlı aktrisa “Focus Film”in istehsalı ilə “Show TV”də yayımlanacaq “Evimdəki Düşmən”də çəkiləcək.

Bildirilir ki, zəngin qadın rolunda olacaq Nebahatla birgə ekran işində Pamir Pekin, Ece Çeşmioğlu, Aslı Tandoğan, Pelin Öztekin və Hakan Dinçkolu da görmək mümkün olacaq.

Gununsesi.info