Məşhur aktrisa etiraf etdi: Ona oteldə cinsi təcavüz ediblər

Məşhur aktriisa Bruk Şilds yeniyetmə ikən işgüzar görüşdən sonra oteldə təcavüzə məruz qaldığını etiraf edib.

Gununsesi.info xəbər verir ki, 57 yaşlı amerikalı aktrisa Bruk Şilds yeni sənədli filmində gəncliyində oteldə işgüzar görüşdən sonra zorlandığını etiraf edib.

Şilds təcavüz edənin adını çəkməsə də, hadisənin “Prinston”u bitirdikdən sonra, iş tapmaq istəyərkən baş verdiyinə aydınlıq gətirib. Kişinin iş təklifini müzakirə etdikdən sonra o, taksinin gəlməsini gözləmək üçün onun otağına qalxıb. Hadisə bundan sonra baş verib.

Aktrisanın özü əvvəlcə hadisəni zorlama hesab etməyib və baş verənlərə görə özünü günahkar hesab edib. “O, mənə güvəndiyini və başqalarına güvənmədiyini söylədi. Nə klişe, nə yazıq”, – deyə bildirib.

Gununsesi.info