Məşhur aktyor bir paylaşıma görə milyon dollar qazanır - SİYAHI

  • By admin
  • 03 İyul 2020 15:02

İnstaqram paylaşım platformasından ən çox qazanc əldə edən dünya ulduzlarının adları açıqlanıb.

Gununsesi.org xəbər verir ki, siyahını “Hopper HQ” araşdırma şirkəti tərtib edib.

Siyahıda birinci yerdə “The Rock” ləqəbli Hollivud ulduzu Dueyn Conson qərarlaşıb. O, 187 milyon izləyicisi olan rəsmi hesabında bir paylaşım üçün 1 milyon dollar qonorar alır.

Növbəti sırada Amerikanın TV ulduzu Kayli Cennerdir. 182 milyon izləyicisi olan Kayli instaqramda reklam qarşılığında 986 min dollar əldə edir.

Üçüncü sırada dünyaca məşhur futbolçu Kristiano Ronaldodur. O, 225 milyonluq rəsmi hesabında bir paylaşım üçün 889 min dollar qazanır.

 

 

 

Gununsesi.org