Məşhur aktyor: “Standart paket olduğunuza görə sizə çatmır”

  • By admin
  • 25 May 2021 15:30

“Yuxu kimi” serialının baş rol aktyoru İbrahim Çingiz saqqal saxlamasını və uzun saçlarını tənqid edənlərə kəskin cavab verib.

Gununsesi.info xəbər verir ki, aktyor instaqramda serialdan bir kadr paylaşaraq deyilən tənqidlərdən təngə gəldiyini qeyd edib:

“Hardasa 40 nəfərə yaxın insan bloklandı. Bir daha təkrar yazıram bəlkə yadda qalar. Mən bəzi “tupoy” insanları başa salmaqdan yoruldum. Bu imic deyil, əvvəldən düşünülmüş obrazdı. Mən aktyoram, müğənni deyiləm imicim olsun. Hər filmdə, serialda fərqli olacam. Bilirəm siz standart paket olduğunuza görə sizə çatmır. Bundan sonra görünüşümlə bağlı fikirlər blokda olacaq. Məni yormayın”.

Qeyd edək ki, İbrahim Çingiz əməkdar artist Çingiz Əhmədovun oğludur.