Məşhur aparıcının bacısı qızını döydülər - FOTO

  • By admin
  • 02 Sentyabr 2017 10:40

577544

Aktrisa-aparıcı Zümrüd Qasımovanın 2 yaşlı bacısı qızı bağçada döyülüb.

Gununsesi.info Milli.Az-a istinadən bildirir ki, bu barədə aktrisa sosial şəbəkədə azyaşlının fotosunu paylaşaraq yazıb:

“2 yaşı olmamış həyatın ilk zərbəsini görür. Uşağın belindəki göy izlər 181 saylı uşaq bağçasının “tərbiyəçisi”nin uşağı tərbiyələndirmə metodudur. 3 gün bağçaya gedən 2 yaşlı uşağa bunu etmək olarmı? Bu “müəllimə” adlandırdığımız tərbiyəçiləri işə kim götürür? Otaqlarda kamera quraşdırılıb. Sözsüz ki, həmin görüntüləri siliblər. Hədə-qorxudan sonra müdirə xanım zəng edib deyir ki, “Müəllimə uşaq dəcəllik elədiyi üçün çimdikləyib” və üzrxahlıq edir”.

577544_01

Gununsesi.info