Məşhur astroloqdan hər kəsi şoka salacaq Rusiya PROQNOZU: 23 aprelə kimi...

  • By admin
  • 30 Mart 2022 14:02

“Astropsixoloq” təxəllüslü astroloq Yelena Ukraynanın Buğa bürcünə girdiyi 2022-ci il aprelin 22-23-də rus qoşunlarının geri çəkilməyə başlayacağını bildirib.

Gununsesi.info xəbər verir ki, onun sözlərinə görə, “hər şey başladığı kimi də birdən-birə sona çatacaq”.

“Ukraynaya bütün dünyadan böyük yardım gələcək. Ukraynanın əlaməti Buğa bürcüdür və biz Veneranın himayəsindəyik. Rusiya məğlub olacaq və geri çəkiləcək. Bu, 22-23 aprel tarixlərində olacaq, yəni Ukrayna Buğa bürcünə daxil olanda”, – astroloq bildirib.

O əlavə edib ki, Ukrayna işğal olunmuş əraziləri – Krımı, Donbası və Luqanskı azad edə biləcək:

“Lakin bu, çətin dövr olacaq, çünki çoxlu itkilərin qarşısını almaq mümkün deyil. Donetsk, Luqansk və Krım Ukraynaya qayıdacaq. Bu, böyük itkilər və danışıqlar hesabına olacaq”.

Gununsesi.info