Məşhur britaniyalı modelyer Vivyen Vestvud 81 yaşında vəfat edib

  • By admin
  • 30 Dekabr 2022 11:44

Özünəməxsus dizaynları ilə moda dünyasına tövhə verən britaniyalı modelyer Vivyen Vestvud 81 yaşında Londonda vəfat edib.

Gununsesi.info-nun Britaniya mediasına istinadən verdiyi xəbərə görə,sahibi olduğu moda evindən verilən açıqlamada Vestvudun dinc şəkildə dünyasını dəyişdiyi bildirilib.

Westwood 1970-ci illərdə punk və yeni dalğa tərzi ilə adından söz etdirib və modanın ən böyük adlarını geyindirib.

Onun həyat yoldaşı, həm də dizayner olan Andreas Kronthaler, “Ürəyimdə Vivyen ilə davam edəcəyəm. Biz sona qədər işləməyə davam edəcəyik” deyib.

Tərcümə: Günay