Məşhur çimərlik akula hücumuna görə bağlandı

  • By admin
  • 19 Aprel 2018 20:18

Tailandın Sai Noi əyalətinin çimərliyi akula hücumundan sonra bağlanıb.

Gununsesi.info xəbər verir ki, 54 yaşlı norveçli turist akulanın hücumuna məruz qalıb.

Ayağından ciddi zədə alan turist xəstəxanaya çatdırılıb. Hazırda onun vəziyyəti sabit olaraq qiymətləndirilir.

Bölgə rəhbərliyi Sai Noi çimərliyini 20 gün müddətinə bağlayıb. Bu müddət ərzində çimərlik zonası qoruyucu torla əhatə olunacaq.

Gununsesi.info