Məşhur futbol klubunun rəhbəri istintaqa cəlb olundu - RÜŞVƏT ÜSTÜNDƏ

  • By admin
  • 13 Oktyabr 2017 23:18

1671681_940x531

Gununsesi.info xarici mətbuata istinadən məlumat verir ki, “Paris Sen Jermen” futbol klubunun rəhbəri Nasir əl-Xələfi (Nasser al Khelaifi – red.) barəsində yayılan rüşvət qalmaqalı ilə bağlı xəbər FIFA tərəfindən təsdiqlənib. O, rəsmən istintaqa cəlb olunub.

Belə ki, iddialara görə, əl-Xələfi Dünya Çempionatının yayım hüquqlarının “BeIN SPORTS”a keçməsi üçün FIFA-nin keçmiş Baş katibi Jerom Valkeyə (Jerome Valcke – red.) rüşvət verib.

Valcke isə Fransa mediasına açıqlama verərək bu iddiaları təkzib edib:

“Bu iddiaların həqiqəti əks etdirmədiyini bildirmək istəyirəm. Əsla belə hərəkətə yol verməmişəm, heç nəyə görə pul almamışam. Bizə qarşı yönəlmiş bu iftiraları rədd edirəm. Nasirlə aramızda bu mövzuda heç bir dialoq olmayıb”.

Qeyd edək ki, Valcke Sepp Blatterin ən yaxın adamlarından biri kimi tanınır. 5-ci dəfə FIFA-nın prezidenti seçilmiş Blatter isə korrupsiya ilə bağlı işində yol verdiyi ciddi xəta səbəbindən ictimaiyyətin qınağına tuş gəlmiş, vəzifəsinin icrasına başladıqdan 4 gün sonra istefa verməyə məcbur olmuşdu.

1671681_d6673de66b056474c58396975a31fca6

Gununsesi.info