Məşhur futbolçu 29 yaşında karyerasını bitirib

  • By admin
  • 17 İyul 2020 16:41

Almaniya millisinin sabiq futbolçusu Andre Şürrle karyerasını başa vurub.

Gununsesi.org-un məlumatına görə, bunu 29 yaşlı yarımmüdafiəçi özü açıqlayıb.

Ötən mövsümü icarə əsasında Moskva “Spartak”ında keçirən Şürrle Dortmund “Borussiya”sı ilə müqaviləsinə xitam verdildikdən sonra futboldan getmək qərarına gəldiyini söyləyib.

Qeyd edək ki, “Mayns”ın yetirməsi olan Andre Şürrle karyerası ərzində həmçinin “Bayer”, “Çelsi”, “Volfsburq” və “Fulhem” klublarında da çıxış edib. O, Almaniya millisinin heyətində 57 oyun keçirib, 22 qola imza atıb.

 

 

Gununsesi.org