Məşhur futbolçu cəzalandırıldı - OYUNLARA BURAXILMAYACAQ

  • By admin
  • 10 Noyabr 2017 21:37

Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Vitoriya Gimaraynş”la oyunda azarkeşi vuran Patris Evra cəzalandırılıb.

Gununsesi.info xəbər verir ki, apasport.az saytına istinadən xəbər verir ki, klubu “Marsel” və UEFA oyunçuya ağır cəza verib.

Belə ki, qitənin ali futbol qurumu Fransa millisinin keçmiş üzvünü 7 ay futboldan uzaqlaşdırıb. O, iyun ayının sonuna kimi meydana çıxa bilməyəcək. “Marsel” isə futbolçu ilə olan müqaviləni qarşılıqlı şəkildə ləğv edib.

Evra əlavə olaraq 10 min avro miqdarında cərimə də ödəyəcək.

Qeyd edək ki, Patris Evra “Mançester Yunayted” klubunun heyətində beşqat İngiltərə çempionu, 3 qat İngiltərə Kubokunun qalibi, 2007/2008-ci il mövsümündə Çempionlar Liqasının qalibi olub. 2014-2016-cı illərdə isə “Yuventus”un heyətində ikiqat İtaliya çempionu olub.

Gununsesi.info