Məşhur futbolçu model yoldaşından boşandı – FOTO

  • By admin
  • 22 Dekabr 2020 20:39

Ötən mövsümün ikinci yarısında icarə əsasında “Beşiktaş”da çıxış edən, hazırda İtaliyanın “Monza” klubunda forma geyinən Kevin-Prins Boatenq model Melissa Sattadan boşanıb.

Bu barədə model sosial mediada açıqlama verib. “Bir müddət ayrı qaldıqdan sonra bir-birimizin vəziyyətinə hörmət edərək və soyuqqanlılığımızı qoruyaraq qalıcı olaraq bitirmək qərarına gəldik. Oğlumuz Maddoxun sağlam böyüməsi bizim üçün ən önəmli məqamdı. 9 il üçün təşəkkürlər” deyə Melissa Satta bildirib.

 

 

Eyni açıqlamanı Boatenq da öz sosial media hesabından yayıb.
Qeyd edək ki, Boatenq və Sattanın münasibətləri 2011-ci ildə başlayıb və 2014-cü ildə övladları dünyaya gəlib. Cütlük 2016-cı ildə evlənib.