Məşhur geyim brendi istehsal etdiyi kofta ilə qalmaqala səbəb oldu - FOTO

  • By admin
  • 09 Yanvar 2018 17:06
Məşhur “H&M” geyim brendi istehsal etdiyi kofta ilə qalmaqala səbəb olub.

Gununsesi.info axşam.az-a istinadən xəbər verir ki, marka qaradərili uşağa yaşıl kofta geydirərək onun satış məlumatlarını qeyd edib. Lakin paltarın üzərindəki yazı hər kəsin diqqətini çəkib.

“Coolest Monkey In The Jungle” (“Meşədəki ən sərt meymun”) yazısı etirazlara səbəb olub. İrqçilikdə günahlandırılan “H&M”dan dərhal açıqlama tələb edilib. Marka gözlənilən açıqlamanı verərək üzr istəyib və həmin koftanın ABŞ-da satışa çıxarılmayacağını deyib.

Şirkət oxşar hadisənin yaşanmaması üçün əlindən gələni edəcəyini bildirib. Lakin brend tərəfindən qaradərili insanları təhqir edən məhsulun istehsalına necə razılıq verilməsi ilə bağlı hər hansı açıqlama gəlməyib.

Gununsesi.info