Məşhur jurnalistlər: "AĞDAM AZƏRBAYCANIN VİTRİNİNƏ ÇEVRİLMƏLİDİR"

  • By admin
  • 30 May 2021 11:11

Prezident İlham Əliyev mayın 28-də işğaldan azad olunmuş Ağdama şəhərinə  səfər edib. Səfər çərçivəsində Prezident İlham Əliyevə Ağdam şəhərinin baş planı təqdim olunub. Dövlət başçısının Ağdam ictimaiyyətinin nümayəndələri ilə görüşündən sonra şəhərin bərpasının təməl daşının qoyulması mərasimində iştirak edib, ağac əkib.

Eyni zamanda, İlham Əliyev qeyd edib ki, Ağdamda Zəfər muzeyi və açıq hava altında İşğal muzeyi yaradılacaq.

Prezident Ağdam ictimaiyyətinin nümayəndələri ilə görüşü zaman qeyd edib ki, elə bir Ağdam quracağıq ki, bütün dünya üçün örnək olacaq.

Bunların hər biri onu göstərir ki, el-obasından didərgin düşmüş xalqımız tezliklə öz yurdlarına geri dönəcəklər.

 Gununsesi.info xəbər verir ki, Tərcüməçi-publisist İlqar Əlfioğlu Modern.az-a qeyd edib ki, müharibədən sonra Ağdam Azərbaycanın vitrininə çevrilməlidir:

“Ağdam müharibədən sonrakı dövrdə Azərbaycanın vitrininə çevrilməlidir. Çünki Qarabağın ənənəvi mərkəzi olan Ağdam şəhəri yerində bərqərar olsun. Dünyanın hər bir yerinin gözü Ağdamda qalsın. Ağdam örnək olacaq bir tərzdə olmalıdır. Biz yeni şəhər tikirik.

Bəzi insanlar deyir ki, Ağdamı gedib ziyarət edərdik, sonra başlayardılar. Demək istəyirəm ki, Ağdamın ruhu yerdə yox, göylərdə olur. Biz 100 il də keçsə müasir qalacaq şəhər tikməliyik.

Azərbaycana da, dünyaya da göstərməliyik ki, şəhər, yaşayış necə olmalıdır. Mən çox sevinirəm ki, yurdumuz sürətli şəkildə bərpa olunur. Prezidentimizin də bu təşəbbüslərini yüksək qiymətləndirirəm. Ağdamımızın nəfəsi ordan gəlsə, bizim ən xırda problemimiz belə yox olacaq”.

Milli Məclisin deputatı Aqil Abbasın sözlərinə görə, İlham Əliyev elə bir Ağdam quracaq ki, bütün dünyanın gözü Ağdam şəhərində qalacaq:

“Prezident İlham Əliyevin 28 mayı Ağdamda qeyd etməsi çox önəmli hadisədir. Ağdama səfər edən zaman İlham Əliyev bir çox məkanların təməlini qoydu. Ağdam “Ağ ev” deməkdir. Biz Ağ evin təməlini qoyduq. Və ən önəmlisi odur ki, azad olunmuş ərazilər içərisində ilk Ağdamın bərpası layihəsini təsdiqlədi.

Ağdam həm koloritini saxlamalı, həm də 100 minlik şəhər olmalıdır. Biz Ağdamdan çıxanda 60 min adam yaşayırdı. Şəhərdə böyük bir stadion tikiləcək. Və stadionda Pənah Xanın dövründə hansı yarışlar keçirilibsə, həmin yarışların keçirilməyi davam edəcək.

Ağdamlılar şəhərin necə olacağı haqqında narahat idilər. Prezidentin bu səfəri bir növ ağdamlıların ürəyinə su sərpmiş oldu”.

Gununsesi.info