Məşhur koalisiya jurnalistin müdafiəsinə qalxdı

  • By admin
  • 21 Sentyabr 2022 21:07

Mədən Sənayesində Şəffalığın Artırılması Koalisiyasının Şura üzvü Kanal 13 internet TV-nin rəhbəri Əziz Orucovla bağlı bəyanat yayıb.

Gununsesi.info həmin bəyanatı təqdim edir:

”İctimai Birliklərin Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının Şura üzvü, müstəqil araşdırmaçı jurnalsit, kanal13 internet televiziyasının təsisçisi Əziz Orucov 15.09.2022-ci il tarixdə Baş Prokrorluq tərəfindən əsassız olaraq çağırılaraq sorğu sual edilib. MHŞT Koalisiyası olaraq bu faktı pisləyir və Baş Prokrorluqdan vətəndaşların, xüsusilə, jurnalistlərin konstitutsion hüquqlarına hörmət etməsini tələb edir.

MSŞT Koalisiyası, Baş Prokrorluq kimi mötəbər bir qurumun bir milyondan çox izləyicisi olan Kanal13 internet televiziyasının təsisçisi, MSŞA Koalisiyası Şura üzvü Əziz Orucovun peşə faəliyyəti ilə bağlı (rəsmi çağırış vərəğəsi göndərilmədən) Baş Prokrorluğa çağırılmasını, jurnalistin müstəqil, tənqidi fikrinə görə təqib edilməsi hesab etməklə yanaşı, Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsində nəzərdə tutulmuş hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığına zidd hərəkət kimi qiymətləndirir.

MSŞA Koalisiyası bəyan edir ki, Şura üzvü Əziz Orucov daim ölkədə gedən ictimai-siyasi proseslərə həssaslıqla yanaşaraq, öz fəaliyyətində, hər zaman, milli-mənəvi dəyərləri, jurnalist etikası və bitərəfliliyi qoruyaraq hadisələrin geniş ictimayətə olduğu kimi və qərəzsiz çatdırılması prinsiplərinə əməl edir və onun rəhbərlik etdiyi Kanal 13 internet televiziyası fəaliyyətində defomasiya anlayışına əməl edən, bitərəfliyini qoruyan informasiya agentliyi olaraq, milyonlarla Azərbaycan vətəndaşının ölkədə baş verən hadisə və proseslər haqında operaiv məlumat əldə etməsi, siyasi və iqtisadi maariflənməsinə yardım edir və bu yolla dövlətçiliyə və xalqa xidmət göstərir.

MSŞA Koalisiyası Əziz Orucovun heç bir qanuna zidd olmayan defamasiya anlayışına əməl edərək göstərdiyi fəaliyyəti dəstəkləyir, Azərbaycan Respublikası Cinayət Məsələsinin 163 maddəsi ilə Jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olmağın yolverilməz olduğunu, onların konstitusiya ilə verilmiş hüquq və azadlıqlarına hörmətlə yanaşmağın zəruriliyini bəyan etməklə yanaşı, jurnalsitin hansı əsasla Baş Prokrorluğa çağırılması ilə əlaqədar bu qurumu ictimaiyyətə açıqlama verməyə çağırır.

MSŞT Koalisiyası olaraq bildiririk ki, məsələni diqqətdə saxlayaraq hazırkı işi axıra qədər təqib etməklə bərabər, onun milli və beynəlxalq səviyyədə içtimailəşdirilməsini təşkil edəcək və qanunvericilikdə nəzərdə tutulmuş bütün mümkün vasitələrdən istifadə etməklə Şura üzvü Əziz Orucovun hüquqlarını müdafiə edəcəyik”.

Gununsesi.info