
Moskvada Nikulinskiq məhkəməsi keçmiş SSRİ məkanında ən məhşur kriminal avtoritet, Rusiyada kriminal aləmin lideri Zaxariya Kalaşov (Şakro Molodoy) 9 il 10 ay müddətinə azadlıqdan məhrum etməklə, cəzasını ciddi rejimli həbsxanada çəkməsi barədə qərar çıxarıb.
Gununsesi.info interfax-a istinadən xəbər verir ki, Moskva məhkəməsi kriminal avtoriteti başqalarında soyğunçuluq və quldurluq yolu ilə böyük həcmdə mənimsəməyə görə ittiham kimi tanıyaraq qərar çıxarıb.
Şakro Molodoyun vəkilləri məhkəmənin qərarından razı qalmadıqlarından yuxarı instansiya məhkəməyə şikayət vermək niyyətindədir. Onlar məhkəmənin Şakroya qarşı verdiyi qərarı qeyri-qanuni və əsaslandırılmamış hesab edirlər.
Şakronun köməkçisi digər kriminal avtoritet Andrey Koçuykov (İtalyaneç) mənimsəmə faktına görə təqsirli bilinərək, barəsində 8 il 10 ay müddətində azadlıqdan məhrum edilib. O da cəzasını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkəcək.
Şakronun digər dostu Rusiya desantçılar ittifaqının vitse-prezidenti Batır Bekmuradov da onlarla birlikdə quldurluqda təqsirli bilinərək 9,4 il müddətinə azadlıqdan məhrum edilməklə, cəzasını ciddi rejimli həbsxanada çəkəcək.
Şakro ilə həbs edilən cinayətkar dəstənin daha 9 üzvü;-Nikolay Nikolayev -8,4 il, keçmiş polis Yevgeniy Surjikov-7 il 10 ay, Qerson Həmidov, Aleksandr Qolubev, Aleksey Maksimov, Vadim Proxorov, Zelimxan Patiyev və Yan Sorokin hər biri 7,4 il müddətinə azadlıqdan məhrum edilib. Bu şəxslərdə cəzalarını ciddi rejimli həbsxanada çəkəcəklər.
Gununsesi.info










