Məşhur kürd lideri həbs olundu - TÜRKİYƏDƏ DEPUTATLARIN KÜTLƏVİ HƏBSİ - YENİLƏNİB

  • By admin
  • 04 Noyabr 2016 11:05
selahe
Türkiyədə 11 millət vəkili saxlanılıb.   Türkiyənin kürdyönümlü partiyası HDP-nin həmsədrləri Səlahəddin Demirtaş, Figen Yüksekdağ və doqquz digər HDP-li deputat saxlanılıb.
Musavat.com-un məlumatına görə, Türkiyə təhlükəsizlik qüvvələrinin təşkil etdiyi əməliyyat nəticəsində həmsədrlər və millət vəkilləri evlərində tutulub.
Bildirilir ki, HDP həmsədrləri Diyarbəkir prokurorluğunda aparılan terror istintaqı çərçivəsində saxlanılıblar. Polis Səlahəddin Demirtaşın, Figen Yüksekdağın evində və HDP-nin baş qərargahında axtarış aparıb. Axtarış səhər saatlarına qədər davam edib.
Qeyd edək ki, terror istintağı çərçivəsində prokurorluğa çağırılan Səlahəddin Demirtaş öz istəyi ilə ifadə verməyə getməyəcəyini açıqlamışdı.
***
“Anadolu”-nun verdiyi son məlumata görə isə gecə Diyarbəkirdəki evində gözaltına alınan Səlahaddin Demirtaş istintaq işləmlərinin ardından həbs olunması tələbi ilə  məhkəməyə göndərilib.
demirtas-pkk