Məşhur modelin milyarder sevgilisini niyə öldürdüyü bəlli oldu

  • By admin
  • 30 Sentyabr 2019 08:52

Məşhur model Mayka Kuçukovanın milyarder sevgilisi Endryu Buşu qısqanclıq zəminində öldürdüyü 3 il sonra bəlli olub.

Xarici KİV-də gedən məlumatlara görə, model sevgilisini öldürməzdən əvvəl üç gün izləyib və yataq otağında pusquda durubmuş.

48 yaşlı milyarder Kuçukova ilə münasibətini bitirdikdən sonra özəl təyyarə ilə yeni sevgilisi Mariya Korotayevayla birlikdə İspaniyadakı evinə uçub.

Evə girərkən yataq otağında Maykayı görən yeni sevgilisi bunu Endryuya deyib, o isə Mariyanı maşına yollayaraq birincidən evdən çıxmasını tələb edib.

Kuçukova tələbə əməl etməyincə isə polis çağırıb.

İkili arasında mübahisə uzanıb və otaqdan silah səsi eşidilib. Mariya evə gəlib və sevgilisini qanlar içində görüb.

2016-cı ildə həbs olunan və 15 il cəza alan Maykanın bu cinayəti kulislərdə böyük ajiotaj yaratmışdı.

Gununsesi.org