Məşhur müğənni 70 yaşında dünyasını dəyişdi - VİDEO

  • By admin
  • 22 May 2020 22:44

“Ye ke ye ke” mahnısı ilə dünya şöhərti qazanan qvineyalı müğənni Mori Kante 70 yaşında dünyasını dəyişib.

Gununsesi.org xarici mediaya istinadən xəbər verir ki, Kante Qvineyanın paytaxtı Konakridə müalicə aldığı xəstəxanada vəfat edib.

Qeyd edək ki, 1950-ci ildə Kissidouqou şəhərində dünyaya gələn müğənni 1977-ci ildə səsləndirdiyi “Ye ke ye ke” mahnısı ilə bütün dünyada tanınıb. Kante indiyədək albomu ən çox satılan yeganə afrikalı müğənnidir.

 

 

 

Gununsesi.org