Məşhur müğənni paytaxt sakinlərini coşdurdu - FOTOLAR

  • By admin
  • 27 İyul 2022 11:42

Heydər Əliyev Mərkəzinin parkında bu dəfə Xəyyam Nisanov rüzgarı əsib.

Gununsesi.info xəbər verir ki, “10 il sizinlə” şüarı ilə reallaşan konsertində Əməkdar artist pərəstişkarları üçün oxuyub. Böyük izdihamın yaşandığı gecədə Nisanov sevilən mahnılarını canlı ifa edib. Konsertdən sonra təəssüratlarını bölüşən müğənni tədbirin əla keçdiyini bildirib:

“Uzun zaman idi konsert ab-havası üçün çox darıxmışdım. Gecəmiz mükəmməl keçdi, razı qaldım. Pərəstişkarlarımın mənimlə bir ağızdan oxuması sadəcə zövq verirdi. Arzulayıram ki, silsilə konsertlər davam etsin. Məni izləməyə gələn bütün sevənlərimə yüksək enerji, sevgilərinə görə təşəkkür borcluyam. Ən əsası, belə gözəl konserti təşkil etdiklərinə görə Heydər Əliyev Mərkəzinin rəhbərliyinə və bütün heyətə minnətdaram”.

Gununsesi.info