Məşhur müğənni xanımından boşanıb - MUSTAFA CECELİ BİR EV VƏ 3 MİLYON TL TƏZMİNAT ÖDƏYƏCƏK

  • By admin
  • 26 May 2017 11:18

02

Türkiyənin məşhur müğənnisi Mustafa Ceceli 2008-ci ildə evləndiyi Sinem Ceceli ilə yollarını ayırıb. Müğənni həyat yoldaşından səssiz-səmirsiz boşanıb.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul Ailə Məhkəməsində baş tutan prosesdə Mustafa və Sinem vəkillərilə birgə iştirak ediblər.

Belə ki, M.Ceceli boşanma təzminatı olaraq yoldaşına bir ev və 3 milyon TL (təxminən 1.5 milyon AZN) təzminat ödəyəcək.

Qeyd edək ki, artıq M.Ceceli də boşanan məşhurların karvanına qatılıb. Məhkəmənin qərarına görə cütlüyün 6 yaşlı oğlu Arın anasına verilib. Onun bütün təhsil və digər xərclərini isə M.Ceceli ödəyəcək.

Anar

Gununsesi.info