Məşhur musiqiçi barda konsert verib öldü

  • By admin
  • 07 Sentyabr 2019 10:46

65 yaşlı məşhur amerikalı gitara ifaçısı Den Uorner dünyasını dəyişib. Gununsesi.org-un məlumatına görə, bu barədə “Billboard” nəşri xəbər verib.

Musiqiçi Hollivudda “Shenanigans” barında təşkil olunmuş konsertindən dərhal sonra həyatını itirib. Belə ki, çıxışını başa vurduqdan sonra pilləkanları düşən Uorner qəfl yıxılıb və ölüb. Onun ürəktutmadan vəfat etdiyi ehtimal olunur.  

Qeyd edək ki, Den Uorner Maykl Cekson, Madonna, Şakira kimi dünya ulduzları ilə çalışıb. O, “Qremmi” mükafatı sahibidir.

Gununsesi.org