Məşhur “qanuni oğru” azadlığa çıxdı

  • By admin
  • 09 Oktyabr 2021 10:01

MDB və Avropada böyük nüfuz sahibi olan məşhur “qanuni oğru”, “Taro” ləqəbi Tariel Oniani azadlığa çıxıb.

Gununsesi.info Rusiya mətbuatına istinadən xəbər verir ki, 63 yaşlı gürcü əsilli avtoritet İspaniyada həbsmüddətinin başa çatmasına 2 ay qalmış məhkəmə qərarı ilə sərbəxt buraxılıb.

O, daha sonra təyyarə ilə İspaniyanı tərk edib. “Taro”nun hansı ölkəyəb getdiyi açıqlanmayıb.

Qeyd edək ki, Oniani 2019-cu ildə Rusiyadan İspaniyaya ekstradisiya edilmişdi.

Gununsesi.info