Məşhur qrup Azərbaycana gəlir - FOTO

  • By admin
  • 05 Sentyabr 2017 22:30

578197

Hindistan məşhur musiqi qrupu “Indian Ocean” (Hind okeanı) Azərbaycanda konsert proqramları ilə çıxış edəcək.

Gununsesi.info bildirir ki, bu barədə Trend-ə Hindistanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Hindistanın qabaqcıl musiqi qruplarından hesab olunan “Indian Ocean” qrupu 10-14 sentyabr, 2017-ci il tarixlərində Azərbaycana səfər edəcək. Onlar 11 sentyabrda, saat 19:00-da Bakı şəhərində Dənizkənarı Bulvarda və 13 sentyabrda, saat 19:00-da Sumqayıt Dənizkənarı Bulvarında canlı musiqi proqramları ilə çıxış edəcəklər. Konsertlərə giriş sərbəst olacaqdır.

“Indian Ocean” qrupu öz nadir musiqisi ilə Hindistanda və ölkə xaricində böyük coşqu yaratmış və uğur qazanmışdır. Bəzi tənqidçilər “Indian Ocean”qrupunun musiqisini mənəviyyat, fəallıq, ətrafmühitçilik, müharibənin faydasızlığı və mifologiya kimi mövzuları özündə ehtiva edən müasir rokun, klassik Hind cazının, xalq musiqisinin vəhdəti kimi təsvir edirlər.

“Indian Ocean” musiqi qrupunun səfəri Hindistan ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünə həsr olunmuş tədbirlərin tərkib hissəsini təşkil edir. Tədbirin təşkilatçıları olan Hindistanın Mədəni Əlaqələr Şurası (ICCR) və Hindistanın Azərbaycandakı Assosiasiyası (IAA) Azərbaycan musiqi sevərlərini hər kəsə açıq olan konsert proqramlarından zövq almağa dəvət edirlər.

Gununsesi.info