Məşhur rəssamın məzarı açılacaq

  • By admin
  • 27 İyun 2017 14:33

 

Salvador-Dali-Wallpapers

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, sürrealizm cərəyanının görkəmli nümayəndəsi, məşhur rəssam Salvador Dalinin məzarı açılacaq. Buna səbəb Pilar Abel adlı qadının atalıq testi götürülməsini tələb etməsidir.

Salvador Dalinin qızı olduğunu iddia edən 61 yaşlı Pilar Abelin DNT analizi üçün müraciətinə müsbət cavab verilib.

Gironada doğulan falçı Maria Pilar Abel Martnez rəssamın qızı olması barədə iddianı ilk dəfə 2015-ci ildə irəli sürüb. O, 1955-ci ildə Salvador Dalinin anası ilə münasibətdə olduğunu deyir.

Qeyd edək ki, rəssamın mülkünü idarə edən Dali Cəmiyyəti bu qərara etirazını bildirib.

 

Gununsesi.info