Məşhur riyaziyyatçı Zelenskinin devrilməsi müddətini hesablayıb

Türkiyədə zəlzələ olacağını proqnozlaşdıran alim Sediq Əfqan Rusiya və Ukrayna üçün yeni riyazi hesablama aparıb. O, yaxın gələcəkdə hər iki dövləti gözləyə biləcəyini söylədi.

Bu barədə Gununsesi.info Euronews-yə istinadən xəbər verir.

Onun sözlərinə görə, 17 iyul 2023-cü il tarixi hər kəs üçün böyük əhəmiyyət kəsb etdiyi üçün ondan ehtiyatlı olmaq lazımdır. Riyaziyyatçı güman edir ki, bu vaxta qədər nüvə şantajı güclənəcək, xəstəliklərlə bağlı yeni problemlər ortaya çıxacaq və bütün dünyaya pis təsir edəcək.

Təhlilçi əmindir ki, qeyd etdiyi tarixdə gələcəyi dəyişəcək hadisə baş verəcək. Bununla belə, bunun yaxşı və ya pis olacağını söyləməyi öhdəsinə götürmür, lakin bu, əlbəttə ki, Üçüncü Dünya Müharibəsinin başlamasına səbəb olmayacaqdır.

Əfqan deyir ki, Ukrayna prezidentinin gələcəyi qaranlıqdır. Əgər Volodimir Zelenski daim ABŞ-a və onun siyasi məsləhətlərinə qulaq asarsa, o zaman çox keçmədən postunu itirəcək – ehtimal ki, bu, yaya yaxın baş verə bilər.

 

Tərcümə:

Adil Elxanoğlu

Gununsesi.info