Məşhur rusiyalı aktyor 11-ci mərtəbədən yıxılıb öldü

  • By admin
  • 30 İyun 2020 16:53

Bu gün tanınmış rus aktyoru, xoreoqraf Maksim Parfenov yaşadığı binanın 11-ci mərtəbəsindən yıxılaraq, ölüb.

Gununsesi.org Rusiya mətbuatına istinadən bildirir ki, hadisə səhər saatlarında baş verib.
Hadisəni görən şəxslər dərhal təcili tibbi yardım çağırıb. Lakin həkimlər hadisə yerinə gələndə aktyor artıq keçinmiş olub.

Qeyd edək ki, aktyor 40 yaşında idi. Dostları onun bədbəxt hadisənin qurbanı olduğunu düşünür. Çünki, deyilənə görə Maksimim şəxsi həyatında problemləri olmayıb. Polis hadisənin intihar olub-olmadığını da araşdırır.

Rusiya mətbuatının yazdığına görə Maksim Parfenov iyulun 2-də dəfn olunacaq. O, İqor Moiseyenin Xalq Rəqs Ansamblında çıxış edib, xoreoqraf işləyib, həmçinin film və seriallarda çəkilib. Daha çox “İntuisiya” serialında yaratdığı obrazı ilə məşhurlaşıb.

 

Gununsesi.org