Məşhur serialın ulduzu vəfat etdi

  • By admin
  • 17 Sentyabr 2019 09:55

Amerikalı aktyor, “Beverli-Hillz, 90210” serialının ulduzu Brayan Tyork 49 yaşında dünyasını dəyişib. Gununsesi.org-un məlumatına görə, bu barədə “The Sun” tabloidi xəbər verib.

Nəşr aktyora 1 il əvvəl xərçəng diaqnozunun qoyulduğunu qeyd edib. Bundan xəbər tutan Brayanın həmkarları ona maddi dəstək olmaq üçün xüsusi yardım fondu yaradıb, amma aktyor sağala bilməyib.

 Qeyd edək ki, B. Tyork onlarla filmdə çəkilib. O, tez-tez epizodik və ya ikinci plan rolları ifa edib.

Gununsesi.org